Muəllif:

Odlar Yurdu Universiteti TRT daş direktoru İbrahim Şahinə fəxri doktor mükafatı təqdim etdi

Odlar Yurdu Universitetində TRT-nin daş direktoru İbrahim Şahinə fəxri doktor mükafatı təqdim edildi. İbrahim Şahinə fəxri doktor diplomu türk mədəniyyətlərinin dünyaya tanıdılmasında, Qarabağ problemi və Xocalı soyqırımının hazırlanan xəbər və proqramlarla bütün dünyaya çatdırılmasında, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərlə bağlı təqdim olunmuşdur.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev çıxışında universitetinin yaranma tarixindən, Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edib. Daha sonra deputatlar Nizami Cəfərov, Qənirə Paşayeva, Türkiyənin Azərbaycan səfiri Alper Coşkun və TRT-nin baş direktoru İbrahim Şahin çıxış ediblər. Sonda İbrahim Şahinə universitetin fəxri diplomu və hədiyyələr təqdim olundu.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169