Muəllif:

Obama İsraillə Türkiyəni barışdırdı

Biz Azərbaycan türklərinin çox istədiyi bu barışıq prezident Obamanın vasitəçiliyi ilə olub. Yəni istəyəndə konkret nəsə olur. Əlbəttə, Vaşinqton Ankara ilə Tel-Əviv arasında olduğu kimi Bakı ilə İrəvan arasında da buna bənzər barışdırıcı vasitəçilik edə bilərdi.

Bizə dost, tərəfdaş və qardaş olan, Azərbaycan üçün bu iki mühüm dövlət arasındakı ciddi inciklik Bakıya da sirayət edir, siyasi və diplomatik diskomfort yaradırdı. Xəbərlərə görə, İsrailin baş naziri Benyamin Netanyahu baş nazir Rəcəb Tayyip Ərdoğana zəng vuraraq, 2010-cu ildə “Azadlıq donanması”na (“Mavi Mərmərə”) silahlı hücum nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmən üzr istəyib.

Belə bir formada rəsmən üzr istənilməsi ilə yanaşı, Netanyahu İsrail xüsusi təyinatlılarının hücumu zamanı öldürülmüş Türkiyə vətəndaşlarının doğmalarına və yaxınlarına təzminat ödəməyə hazır olduqlarını da bəyan etmişdir. İki ölkənin liderləri arasında telefon söhbəti prezident Obamanın İsrailə səfəri zamanı olub və Netanyahu və Ərdoğan arasındakı bu telefon söhbətinin məhz Obamanın vasitəçiliyi ilə gerçəkləşdiyi bildirilir. Buna qədər İsrail Ankaranın bu şərtini qəbul etmirdi. Aradakı münasibətlər isə, bəlli olduğu kimi, İsrail xüsusi təyinatlılarının Qəzzaya humanitar yük aparan Türkiyə gəmisinə silahlı hücumundan sonra pisləşmişdi. Türkiyə silahlı hücum nəticəsində 9 vətəndaşının qətlə yetirilməsinə görə İsrailin rəsmi üzr istəyərək, təzminat ödəməsini tələb etsə də, İsrail isə bu tələblə heç cür razılaşmırdı.

Türkiyə bu rəftara cavab olaraq reydin iştirakçılarına və onların komandirlərinə qarşı cinayət işi başlatmış, eyni zamanda İsraillə sıx hərbi, iqtisadi və siyasi münasibətləri dondurmuşdu. Ardınca HAMAS təmsilçiləri Ankarada rəsmən qəbul olunmuş və İsraillə ədavət üstündə qurulmuş bu hərəkata maddi yardım vəd etmişdi. Bunun İsraildə necə bir kəskinliklə qarşılandığını xatırlayırıq.

Belə bir durum bölgədə böyük maraqları olan Vaşinqtona sərf etmirdi. ABŞ rəhbərliyi dəfələrlə onları barışdırmağa cəhd göstərmiş, lakin alınmamışdı. Lakin gördüyümüz kimi, istəyəndə olur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102