Muəllif:

Nüvə enerjisi, Fransız sənayesinin mükəmməl bir sektoru

60 ildən bəri kiçik və orta müəssisələrə (KOM) və sənayi qruplarına etdiyi daimi sərmayə və öhdəliyin meyvəsi olaraq, Fransa, 58 reaktorlu bir donanma ilə ABŞ-dan sonra ikinci yerdədir və nüvə enerjisi sektorunda beynəlxalq səviyyədə tanınmış təcrübəyə malikdir.

Hal-hazırda nüvə yanacağının dövriyyəsi sahəsində (istehsal, emal və təkrar emal) nömrə bir olan və atom elektrik stansiyalarının tikinti və təchizat liderlərinin siyahısına girən Fransız nüvə sektoru, 2 500 müəssisə və 400 000 birbaşa, dolayı və induksiyalı iş yerinə malikdir. Tədqiqat və inkişaf sərmayəsi baxımından, bu sektor hətta Fransada 1.8 milyard avroluq büdcə ilə dördüncü yeri qazanıb. Atom Enerjisi və Alternativ enerjilər üzrə Komissarlığın (CEA) Beynəlxalq əlaqələr üzrə direktor müavini Daniel Iracane deyir : «Bizim ölkəmiz, tanınmış bacarıq və tarixi biliklərə, bir o qədər də üstünlüklərə malikdir və bunlar qorunub saxlanılmalıdır».

KOM (Kiçik və Orta Müəssisələr) üçün Areva

Atom elektrik stansiyaları istismarı sahəsində fəaliyyət göstərən fransız müəssisələri arasında « Electricité de France » (EDF) dünya meyarı olaraq qalır. Areva şirkətinə qaldıqda isə, o, dünyada mövcud olan 440 reaktorlardan 360-nın təchizatı və ya tikintisində iştirak edərək, atom stansiyası sahəsində fəaliyyət göstərən cihazqayırma mütəxəssislərinin başında gəlir.

Fransız Atom Enerjisi Cəmiyyətinin (SFEN) baş nümayəndəsi Valerie Fodonun sözlərinə görə, «AREVA və ya EDF kimi əhəmiyyətli qruplar önəmli müqavilələr üzrə çox vaxt aparıcı mövqe daşısalar da, digər nüvə sektoru sənayeləri də, dünyada nüvə mərkəzlərinin konsepsiyası və təchizatı üzərində işləməyə cəlb edilirlər». Bu səbəbdən Fransız höküməti, yanacaq dövriyyəsinin hər mərhələsinə müvafiq istehsal və ya emal vahidləri ilə sektorun tamamının quruluşunu təşkil etməyə qərar verdi. Uranın konversiya vasitəsilə zənginləşdirilməsi, yanacağın istehsalı, sərf edilən yanacağın emalı və dövr etməsi, Atom Enerjisi və Alternativ enerjilər üzrə Komissarlığın (CEA) məsul şəxsinin dediyinə gətirib çıxarır : « Fransa azsaylı ölkələrdəndir ki, tam nüvə filierinə malik ola bilər ». Bu tədbirlər xarici bazardakı müəssisələr arasında birliyi gücləndirməli və Kiçik və Orta Müəssisələrə Vanatome, nüvə klapanları, və ya Lemer Pax, tibbi nüvə kimi önəmli müqavilələrdə iştirak etməyə imkan verməlidir.

Əmniyyət və təhlükəsizlik prioritet kimi

«Atom sənayesi də digərləri kimi sənaye müəssisəsi olsa da, xüsusi tənzimləyici və institusional çərçivə, eləcə də, mühüm əmniyyət və təhlükəsizlik səviyyələrini təmin etmək üçün vasitələr, bacarıqlar və biliklər tələb edir » deyə Daniel İrakan, 2011-ci ilin mart ayında Fukuşimada baş verən nüvə fəlakətindən sonra qeyd edir. «Ağla gəlməyən hadisələrə hazır olmaq öhdəliyi barədə məlumatlandırılmaqda — hər zaman risk vardır — və atmosferə heç bir radioaktiv maddə sızıntısı olmaması üçün hər hansı bir qəzaya nəzarət edə bilmək iqtidarında olmaqda fayda var » deyə Valeri Fodon əlavə edir.

Tarixi bilik və təcrübəsinə görə, başqa ölkələr, Nüvə Təhlükəsizlik Təşkilatı, CEA və ya SFEN kimi nəzarət və təhlükəsizilik müəssisələrinin tanınmış keyfiyyəti, eləcə də nüfuzlu şirkətləri üçün Fransaya müraciət edir. Məsələn, Yaponiya, müstəqil nəzarət və təhlükəsizlik təsisatı yaratmaq üçün Fransanın Nüvə Təhlükəsizlik Təşkilatına əsaslanır. Reaktor tikintisi üzrə önəmli layihələr, Səudiyyə Ərəbistanı, Çin və Polşada olduğu kimi, hələ də gözlənilməkdədir. Necə ki, yeni reaktorların tikinti bazarı əsasən xaricdədir.

45 milyard avroluq satış dövriyyəsi

«Nüvə enerjisi sahəsində ixracat, tez-tez yalnız yeni nüvə reaktorlarının tikintisinə bərabər tutulur. Sənayəni xüsusilə cəlb edən, dünyada reaktorların mövcud bazası və onların yanacağa və sənaye xarakterli xidmətlərə olan ehtiyacıdır. Bu çox stabil və artan, lakin ictimaiyyətə az açıqlandığı üçün az tanınan biznesdir ». Ümumilikdə, Fransa beləcə qonşu ölkələrə 2 milyard evro məbləğində elektrik, 6 milyard evroluq məhsullar və layihənin idarəolunması kimi xidmətlər, və ya yanacağın təkrar emalı sahəsində həll yolları ixrac edir. Bu təcrübə, 45 milyar avroluq ümumi dövriyyə göstərməyə və Ümumi Daxili Məhsulun 2%-ni əldə etməyə imkan verir

«Növbəti 20 ildə, enerji istehlakı iki dəfə artacaq, çünkü dünya əhalisində artım olacaq və bu gün elektrikdən istifadə edə bilməyən əhali əvəzini çıxacaq. Eyni zamanda, CO2 tullantılarının səviyyəsini ikiyə bölmək lazımdır », deyə SFEN-in (Fransız Nüvə Enerjisi Cəmiyyəti) nümayəndəsi açıqlayır. Bundan əlavə, 2020-ci ilə qədər, sektor müəssisələri, sayı 110 000 nəfərdən az olmayan işçi götürməlidirlər.

Barbara Löblan

Fransız nüvə sənayesi rəqəmlərlə
. 5,6 milyardı ixracdan gələn 46 milyard avro satış dövriyyəsi
. R&D üzrə 1,8 milyard sərmayə
. 2 500 müəssisə və 220 000 işçi
. Ərazidə 58 operativ nüvə reaktorları

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 546