Novruz Məmmədov: “Dünyada beynəlxalq hüquq böhranı yaşanır”
Prezident Administrasiyası rəhbərinin müavini, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Dəyişən dünyada Cənubi Qafqaz” forumunda çıxışı zamanı qeyd edib ki, lünyada beynəlxalq hüquq böhranı yaşanır. Məmmədov deyib:
“Dünya maliyyə böhranının nəticələrinin öhdəsindən gəlir. Lakin fikrimcə bu gün dünyada daha bir böhran var — beynəlxalq hüquq böhranı. Beynəlxalq ictimaiyyət bu məsələ ilə ciddi məşğul olmalıdır. Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli nöqteyi-nəzər nümayiş etdirməyi bacarmadı. Və Azərbaycan torpaqları hələ də işğal altında qalmaqdadır. ATƏT və NATO kimi strukturlarla uğurlu əməkdaşlığa rəğmən heç bir nəticə əldə olunmayıb. Və bunu heç cür düşmək olmur. Belə böhran hamı üçün – həm Azərbaycan, həm də dünya birliyi üçün pisdir”.