Muəllif:

Nikolas Gelaşvili: “Qarabağ” çox yaxşı komandadır, ümidsizliyə qapılmayaq

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Almaniya) matçının baş hakimi müəyyənləşib. Ağdamlıların Frankfurt təmsilçisi ilə ilk matçı polşalı Şimon Marçinyaka tapşırılıb. 32 yaşlı FİFA referisi avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda fit çalacaq. Ona kömək edəcək həmyerlilərinin adı hələ dəqiqləşməyib.

Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə DÇ-2014-ün seçmə mərhələsindəki qarşılaşmanın da hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub. “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:00-da başlayacaq.

“Qarabağ”ın gürcüstanlı futbolçusu Nikolas Gelaşvili inamla danışır və hesab edir ki, «Ayntraxt” keçiləsi rəqibdir. apasport.az saytına açıqlamasında deyir: “Xəzər Lənkəran”la oyunumuz çətin keçdi. Yaxşı ki, qalib gəldik”.

Gelaşvilinin “Qarabağ”a Almaniyanın “Bohum” klubundan gəldiyini nəzərə alsaq, Avropa Liqasında “Ayntraxt” haqda fikirləri maraqlıdır. Hücumçunun sözlərinə görə, ilk oyunun Bakıda olmağı yaxşı haldır: “Doğma meydan amili, azarkeş dəstəyindən istifadə edib, bizə sərfəli nəticə qazanmalıyıq. Buna nail olsaq, şanslar ən azı 50-50-dir. Almaniyaya üstünlüklə yollansaq, bundan yararlanıb, rəqibi keçmək olar. Fikrimcə, “Qarabağ” çox yaxşı komandadı və ümidsizliyə qapılmalı bir şey yoxdur. “Ayntraxt” keçiləsi rəqibdir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166