Muəllif:

Nigar Yaqublu gün ərzində 12 saat evdə olacaq

Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublu məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun vəkili Nemət Kərimliyə istinadən, qanuna uyğun olaraq Nigar Yaqubluya gün ərzində 12 saat sərbəstlik verilib və o bu müddəti evində, doğmaları ilə bir yerdə olacaq. Bu gün Nigar Yaqublu bu hüquqdan istifadə edərək evlərinə gedib.

Nigar Yaqublu ötən il sentyabrın 11-də saxlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub. Lakin Aydın Acalovun ailəsi ondan şikayətçi deyildir. Bunu bir bədbəxt hadisə kimi qiymətləndiriblər. Buna baxmayaraq Abşeron rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Nigar Yaqublu 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan da məhrum olunub. Hökmdən apellyasiya şikayəti təmin olunmayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141