Nida Vətəndaş Hərəkatından iki yeni həbs xəbəri
Nida Vətəndaş Hərəkatından iki yeni həbs xəbəri yayılıb. Vəkil Namiq Hacıyevin sözlərinə görə, Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundova CM 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Axundov barəsində Nəsimi Rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib (APA).
Nida Vətəndaş Hərəkatından ikinci bir həbs barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Onun sözlərinə görə, hərəkatın İH üzvü Üzeyir Məmmədliyə qarşı CM 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Məmmədli barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.