Muəllif:

Nəyə görə 1 adamın adı gedir? Məni döyən 2 nəfər idi…

Nəyə görə 1 adamın adı gedir? Məni döyən 2 nəfər idi…Yaşar Cəfərli döyülməsi faktı ilə bağlı mətbuat konfransında belə bir iddia ilə çıxış edib. Ehtiyatda və İstefada olan Zabitlər İB sədri Yaşar Cəfərli bir neçə gün əvvəl döyülməsi faktı ilə bağlı danışarkən xəbər verib ki, onun hüquqlarını müdafiə komitəsi yaradılıb və özünə vəkil təyin edib. Onun sözlərinə görə, bununla bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətinə həsr olunmuş ictimai nəzarət komitəsi də yaradılıb.

Yaşar Cəfərli baş verən hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumatda müəyyən yanlışlıqlar olduğunu deyib:

“Orada qeyd olunan hadisənin mübahisə zəminində baş verməsi məsələsi yanlışdır. Çünki hadisə şahidləri var və onlar da görüblər ki, hadisə heç bir mübahisə zəminində baş verməyib. Hadisəni Elxan Hüseynov adlı şəxs tərəfindən törədildiyini deyirlər. Əvvəlcə həmin şəxsin Elxan soyadının Hacıyev olduğunu deyirdilər, indi isə Hüseynov olduğunu bildirirlər. Hesab edirəm ki, o şəxsin kimliyi ictimaiyyətə dəqiq açıqlanmalıdır. Hadisə iki nəfər tərəfindən törədilib. Nəyə görə burda məhz bir nəfərdən söhbət gedir? Bizim özümüzün apardığımız tədqiqatlar nəticəsində məlum oldu ki, qeyri-obyektiv və kiminsə marağını güdməyə xidmət edən istintaq aparılır. Həmçinin, sonradan aydın olub ki, mən qonşularla birgə hadisə yerindən uzaqlaşdıqdan sonra həmin əraziyə bir neçə şəxs gəlib və kimlərsə əlaqə saxlayaraq, hadisəni ört-basdır etməyə çalışıb. Mənim fikrimcə, bu işin sifarişçisi var. Polis deyir ki, işi biz prokurorluğa təhvil vermişik, prokurorluq isə cinayət işinin onlara çatmadığını bildirir. İkinci şəxsin axtarılması barədə hələlik göstəriş yoxdur. Mənim hesablarıma görə, orada cinayətin iştirakçısı 3 nəfər olub. 3-cü şəxs küçədən gözətçi kimi dayanıb”.

Cəfərlinin hüquqlarını müdafiə komitəsinin sədri Telman Əbilov istintaq orqanlarının hadisənin araşdırılması istiqamətində heç bir fəaliyyət göstərmədiyini qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 175