Netanyahu: Onun strategiyası — gülümsəmək və bomba qayırmaq
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ televiziyasına müsahibəsində İrana nüvə silahı əldə etmək imkanı verməmək üçün ölkəsinin sərbəst addım atacağını istisna etmir. Xəbərdarlıq edib ki, İranın yeni Prezidenti Həsən Ruhani nüvə layihəsindən imtina etməyəcək. Baş nazir dünya ictimaiyyətini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
Netanyahu deyir: «İranın yeni Prezidenti sələfini «canavar dərisində canavar» olmaqda tənqid edir. Onun strategiyası isə «qoyun dərisində canavar» olmaqdır: gülümsəmək və bomba qayırmaq».
Baş nazir bildirib ki, bizim saatlarımızın ərqəbi fərqli sürətlə hərəkət edir: «Biz İrana daha yaxınıq, nəinki ABŞ. Buna görə də biz ABŞ-dan da əvvəl İranı dayandırmaq məsələsini həll etməliyik. Mən İsrailin Baş naziri kimi öz ölkəmin bizi məhv etməklə hədələyən rejimdən müdafiəsi üçün hər şey etməyə hazıram».
O, İrana hücum edib-etməməklə bağlı qərarın nə vaxt qəbul olunacağı barədə sualı belə cavablandırıb: «Mən çox gözləyə bilmərəm, çünki sonra çox gec ola bilər».

