Muəllif:

Nəqliyyat da qiymətlərə yenidən baxacaqmı?

Yaxın vaxtlarda Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqının artırılması gözlənilmir. Bu barədə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov yanacağın qiymətlərinin bahalaşmasının ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinə təsiri barədə suala cavabında Trend-ə bildirib. Onun sözlərinə görə, nazirlik Tarif (qiymət) Şurasına ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin artırılması ilə bağlı müraciət etməyib.
Avtobus sürücülərinin yanacağın qiymətlərinin bahalaşması ilə əlaqədar yarana biləcək mümkün narazılığı barədə danışarkən Həsənov qeyd edib ki, avtobus sürücülərinin işə götürülməsi ilə marşrutların operatorları məşğul olduğundan bu məsələni onlar özləri nizamlaya bilərlər: «Hələlik yanacağın tariflərinin dəyişməsindən sonra marşrut operatorlarının nazirliyə müraciətləri daxil olmayıb. Lakin deyə bilərəm ki, ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin artımı gözlənilmir».
Qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarı ilə 3 dekabr 2013-cü il tarixindən Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

Bakının ən iri taksi operatoru isə gedişhaqqı qiymətlərini dəyişdirə bilər. «Baku Taxi Company» («TX4» avtomobillərinin operatoru) yanacağın qiymətlərinin bahalaşması ilə əlaqədar təhlildən sonra gedişhaqqı qiymətlərinin dəyişdirilməsinin məqsədəuyğunluğunu müəyyən edəcək. Bu barədə şirkətin rəhbəri İlqar Qasımov Trend-ə bildirib.
Onun sözlərinə görə, şirkətin taksi sürücülərinin gəlirləri gedişhaqqı hesabına formalaşır və müvafiq olaraq tariflərin artırılması analiz aparılmasını tələb edir: «Hazırda şirkətimizin xidmətlərindən istifadə üçün tariflərin artırılmasına baxılmır, lakin ölkədə yanacağın tariflərinin bahalaşması ilə bağlı yaranmış yeni şərait öyrənilmə tələb edir. Yalnız analizin aparılmasından sonra gedişhaqqı qiymətlərində dəyişikliklər edilməsinin məqsəduyğunluğu müəyyən ediləcək».
Hazırda «Baku Taxi» şirkətinin min «TX4» London taksi nəqliyyat vasitəsi fəaliyyət göstərir.
Hazırda «Baku Taxi Company»-nin avtomobillərində gedişhaqqı aşağıdakı kimidir:
Çatdırma qiyməti 1 manat
Hər kilometrə görə gedişhaqqı (10 kilometrə qədər) 0,7 manat
Hər kilometrə görə gedişhaqqı (10 kilometrdən 20 kilometrə qədər) 0,4 manat
Hər kilometrə görə gedişhaqqı (20 kilometrdən və daha artıq kilometr) 0,2 manat
Dayanmanın hər dəqiqəsinin qiyməti 0,05 manat
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə 3 dekabr 2013-cü il tarixindən Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152