Muəllif:

Nəiminin «Bəşarətnamə»si türkcəyə tərcümədə aşkarlanıb

Füzuli adına Əlyazmalar İnstitutu Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından hürufiliyə dair iki əsərin surətini əldə edib. APA-nın məlumatına görə, bu əsərlərdən biri hürufiliyin banisi Fəzlullah Nəimiyə aid edilən “Bəşarətnamə” risaləsinin türkcəyə tərcüməsidir.

İndiyə kimi tədqiqatçılar Fəzlullah Nəiminin əsərləri arasında “Bəşarətnamə”nin adını çəkməyiblər. Sadə bir dildə, nəzmlə tərcümə edilmiş əsər əlyazmanın 30 vərəqinə köçürülüb. Burada ərəb hərflərinin müqəddəsliyindən danışılır, “Quran” və hədislərdən istifadə edilməklə varlıq, insan və əşyaların hərflərdən yarandığı göstərilir.

Əsər bitdikdən sonra görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəverdinin ərəbcə yazdığı “Fütuhnamə” əsərindən kiçik bir hissə verilib.

İkinci əsər Xeyrəti adlı hürufi şairin 20 əlyazma kitabı vərəqinə köçürülmüş şeirlərindən ibarətdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 143