Muəllif:

Nehrəmlini oğurlamaq mümkün olmayıb

Bu gün saat 15.30 radələrində mülki geyimli bir qrup şəxs Naxçıvanın Nehrəm kənd sakini Əşrəf Həsənovun həyətinə girərək, onu oğurlamağa çalışıblar. Bu barədə Turan-a Həsənov özü bildirib. “Bir neçə saat əvvəl mənə özünü MTN Babək şöbəsinin əməkdaşı kimi təqdim dən bir nəfər zəng etdi və rəisin yanına gəlməyimi tələb etdi. Bunun səbəbi ilə bağlı sualıma cavabda zəng edən şəxs soruşmamağı, oraya gəlməyi tələb edib. Mən imtina etdim və iki saat sonra 10-12 nəfər evimə hücum edərək, məni zorla tutub aparmaq istədilər”, — deyə Həsənov bildirib.
Öz növbəsində, onun həyat yoldaşı aşağıdakıları deyib: “Naməlum şəxs qapını döydü, nə istədiyini soruşdum, o, həyat yoldaşımı aparmağa gəldiyini bildirdi. Başa düşdüm ki, onu həbs etmək istəyirlər və səs-küy qaldırdım. Bu zaman bir neçə nəfər hasardan atlayaraq məni və nəvələrimi yıxdılar. Onlar evə girməyə çalışdılar, amma səs-küyə qonşular gəldilər. Onlardan böyük olanı kiməsə zəng edib, Əşrəfi saxlamağa imkan olmadığını bildirdi. Amma əlavə etdi ki, tezliklə qayıdacaqlar və həyat yoldaşımı həbs edəcəklər”.
Naxçıvan MTN-dən şərh almaq qeyri-mümkün görünür. Əşrəf Həsənov ötən həftə Bakıda mətbuat konfransı keçirib və MTN işçilərinin siyasi fəaliyyəti ilə əlaqədar ona təzyiq göstərdiyini bildirib. Əşrəf Həsənov İctimai Palatanın yerli təşkilatının üzvüdür, deyə Turan-ın xəbərində deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185