Muəllif:

“Neftçi”nin Çempionlar Liqasında ilk rəqibi məlum olub

Bu gün Çempionlar Liqasında 2013/14 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. Bakı vaxtilə saat 15:00-da başlayan mərasimdə turnirdəki yeganə təmsilçimiz “Neftçi”nin rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Neftçi” turnirdə mübarizəyə Albaniyanın “Skenderbeu” klubu ilə oyunla başlayacaq. Komandamız kimi son 3 ildə ölkəsinin çempionu olan Korça təmsilçisi ilk olaraq Bakıya gələcək. Bununla da “Neftçi” ötən yaydakı kimi turnirə öz meydanında başlayacaq. Ancaq fərq ondadır ki, bakılılar Gürcüstan “Zestafoni”sini “Dalğa Arena”da qəbul etmişdisə, bu dəfə “Bakcell Arena”da oynayacaq.

I təsnifat mərhələsi
“Şirak” (Ermənistan) — Tre Penne” (San-Marino)
“Lusitanos” (Andorra) — “Streymur” (Farer adaları)

II təsnifat mərhələsi
“Neftçi” (Azərbaycan) — “Skenderbeu” (Albaniya)
“Styaua” (Rumıniya) — “Vardar” (Makedoniya)
“Viktoriya” (Çexiya) — “Jelezniçar” (Bosniya və Herseqovina)
“Şerif” (Moldova) — “Sutyeska” (Monteneqro)
“Birkirkara” (Malta) — “Maribor” (Sloveniya)
“Sliqo Rovers” (İrlandiya) — “Molde” (Norveç)
“Elfsborq” (İsveç) — “Dauqava” (Latviya)
HİK (Finlandiya) — “Nomme Kalyu” (Estoniya)
“Ekranas” (Litva) — “Hafnarfyordur” (İslandiya)
TNS (Uels) — “Legiya” (Polşa)
“Seltik” (Şotlandiya) — “Kliftonvill” (Şimali İrlandiya)
“Dinamo” (Xorvatiya) — “Fola” (Lüksemburq)
“Qyor” (Macarıstan) — “Makkabi” (Təl-Əviv, İsrail)
BATE (Belarus) — “Şaxtyor” (Qazaxıstan)
“Şirak” (Ermənistan) — Tre Penne” (San-Marino) — “Partizan” (Serbiya)
“Slovan” (Slovakiya) — “Ludoqorets” (Bolqarıstan, 3,450)
“Dinamo” (Gürcüstan) — “Lusitanos” (Andorra) — “Streymur” (Farer adaları)

Qeyd edək ki, I təsnifat mərhələsində oyunlar iyulun 2-3-də və 9-10-da keçiriləcək. II təsnifat mərhələsinin matçları isə iyulun 16-17-də və 23-24-də olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136