Muəllif:

Neft gəlirlərinin 50 milyardını xərcləmişik

Neft gəlirlərinin 50 milyardını xərcləmişik… Gəlirlərin ən azı 25 faizinin gələcək nəsillər üçün yığıma göndərilməsi nəzərdə tutulsa da, ötən il gəlirlərin 78 faizi xərclənib. Bu ilə qədər Azərbaycan «Əsrin kontraktı» və digər kontraktların reallaşması nəticəsində 84 milyard dollar vəsait əldə edib ki, onun da 60 faizi — 50 milyard dolları artıq xərclənib. Bu, İqtisadi Tədqiqatlar Mərkəzinin «Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin idarə edilməsi» mövzusunda apardığı tədqiqat nəticəsində üzə çıxıb.

Cari ildə daha 14 milyard dolların xərclənəcəyini qeyd edən Qubad İbadoğlunun sözlərinə görə, rəsmi hesablamalar 2024-cü ilədək 1 barelin orta hesabla 80 dollar olacağı halda Azərbaycanın 145,3 milyard dollar neft və qaz gəlirləri əldə edəcəyini göstərir. Bu il ərzində bütün kontraktlar üzrə müxtəlif ssenarilər (1 barelin 80, 90 və 100 dollar) əsasında aparılmış rəsmi hesablamalara görə, ölkənin minimum 11 milyard, maksimum isə 15 milyard dollaradək gəlir əldə ediləcəyi gözlənilir.

Diqqəti neft gəlirlərinin xərclənməsi problemlərinə çəkən İbadoğlu bu istiqamətdə institutların yaradılmasını və qaydaların olmasını vacib hesab edib: «Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması Strategiyası»nda pik dövründə gəlirlərin ən azı 25 faizinin gələcək nəsillər üçün yığıma göndərilməsi nəzərdə tutulsa da, ötən il əldə edilmiş gəlirlərin faktiki olaraq 78 faizi xərclənib».
Ekspertin fikrincə, çox xərclənmənin gələcəkdə daha çox borclanmaya gətirəcəyini nəzərə alaraq gəlirlərin idarə olunması və xərclənməsi qaydalarında neft gəlirlərinin xərclənməsinə limit tətbiq olunması məqsəduyğundur. Bu istiqamətdə ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun ekspertləri ilə birgə apardıqları hesablamalardan danışan Q.İbadoğlu onun nəticələrinin yaxın zamanlarda açıqlanacağını elan edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 215