Muəllif:

Neft Fondu 2018-ci ilin vəsaitini xərcləyir

Dünya Bankının metodologiyası əsasında aparılan hesablamalar göstərir ki, Dövlət Neft Fondu hazırda 2018-ci ilin vəsaitini xərcləyir. 2013-cü ilin vəsaiti isə 2011-ci ildə xərclənib. Xərclər bu sürətlə davam etsə, neft və qaz gəlirləri 10 ildə tükənə bilər. Bu fikri söyləyən İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu qeyd edib ki, dövrü yenilənən nisbi transfertlər vasitəsilə xərcləmələri 9 milyard dollar məbləğində limitləşdirməklə gəlirlərdən istifadə müddətini 15 ilədək artırmaq olar: “Dövlət Neft Fondunun diversifikasiya olunmuş investisiya qoyuluşları, xüsusilə də qızıla qoyuluşlar idarəetmə riskini daha da artırıb. Yeni investisiya siyasəti fondun qarşısında yeni tələblər qoyur”.
Ekspert neft gəlirlərinin xərclənməsininin fiskal qaydalara uyğunlaşdırılmalı olduğunu vurğulayıb: “Neft Fondundan dövlət büdcəsinə transfertlər dövrü yenilənən sabit transfertlər əsasında limitləşdirilməlidir. Qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisi yaxın və orta müddətli dövr üçün azalan qaydada aşağı salınmalı və uzunmüddətli dövrdə miinimuma endirilməli, fondun vəsaitlərinin idarə olunması zamanı yığım və istehlak arasında optimal balans yaradılmalı, vəsaitlərin gələcək nəsillər üçün saxlanması və nəsillərarası ədalətli bölgüsü təmin edilməli, fondun büdcəsindən sosial, infrastruktur və investisiya layihələrinin birbaşa maliyyələşdirilməsi praktikasına son qoyulmalıdır”.
Qubad İbadoğlu bildirib ki, Neft Fondunun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələri təmsil olunmalı və Hesablama Palatasının Neft Fondunun büdcəsinin layihəsinə dair rəy verməsi təmin edilməlidir.
Ekspert neft gəlirlərinin idarə olunmasının tənzimlənməsi üçün təkliflər irəli sürüb. İbadoğlu diqqəti yığım və xərclənən vəsaitin optimal nisbətinin tapılması vacibliyinə yönəldib. Onun rəhbəri olduğu təşkilat dünya təcrübəsində rast gəlinən — daimi dəyişməz gəlirlər, nisbi dəyişən transferlər, sabit bazaya və dəyişən göstəricilərə əsaslanan transfer tənzimlənmə və sövrü yenilənən sabit transferlər haqda tövsiyələr hazırlayıb.
Tövsiyələrdə neft gəlirlərinin xərclənməsi, idarəolunmasının fiskal qaydalara uyğunlaşdırılması, Neft Fondundan dövlət büdcəsinə transfertlərin dövrü yenilənən sabit transferlər əsasında limitləşdirilməsi, qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin yaxın və orta müddətli dövr üçün azalan qaydada aşağı salınması və uzun müddətli dövrdə minimumlaşdırılması öz əksini tapıb. Bundan başqa, Neft Fondunun vəsaitlərinin idarəolunması zamanı yığım və istehlak arasında optimal balansın yaradılması, vəsaitlərin gələcək nəsillər üçün saxlanılması və nəsillərarası ədalətli bölgünün təmin edilməsi, Fondun büdcəsindən sosial, infrastruktur və investisiya layihələrinin birbaşa maliyyələşdirilməsi praktikasına son qoyulması və digər vacib məsələlərə toxunulub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184