Muəllif:

Nədi, yoxsa bu zirək qadına «əzabkeş» imici yaraşmır?!

Ölkənin siyasi sistemini məsxərəyə qoyan əməllərdə iştirak etmiş və dələduzluq üstündə həbsə alınmış, Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputut Gülər Əhmədovanın personasına münasibətdə canfəşanlıqla «əzabkeş» imici formalaşdırıldığı gözdən qaçmır. Bəlli olur ki, sən demə Gülər Əhmədovagili ailəliklə — özünü, ərini müxtəlif «ağır xəstəlik» üzür. Əsgər oğlunun sağlamlığı ilə bağlı problemin doğurduğu ajiotaj bir başqa məsələ oldu və küyə gedən medianı zəbt etdi.
Bu praktika bizə yamanca tanışdır. Bundan öncə ömürlük həbsdə yatan vətən xainlərinə münasibətdə özünü tamamilə doğrultduğuna hamımız şahid olmuşuq. O vaxt onlar barəsində də elə yazırdılar ki, deyirdin beş-on günə o dünyaya şeytana təşrif aparasıdırlar. Sonra «siyasi məhbus» olaraq azadlığa çıxdılar. Amma, maşallah olmasın, top kimidirlər. Hələ bir xalq arasına da çıxmağa üzləri var, deyəsən bir daha siyasətə dürtülmək ümidləri ölməyib. Yeri gəlmişkən, bu günlərdə Əvəz Zeynallı demişdi ki, Gülər Əhmədovanı təcridxanada görüb, top kimidir…

Son «xəstəlik» epizodunda da görürük ki, vəkil Raqif Mustafayev APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin ürək tutmalarının, ərinin də səhhətində ciddi problemlərin olduğunu gündəmə daşıyır. Nəsə icəridən həmişə «bəd xəbərlər» gətirirlər:

“Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov onkoloji xəstədir və artıq səhhətində ciddi problemlər yaranıb. Gülər Əhmədova bu xəbəri eşitdikdən sonra səhhəti daha da pisləşib. Bu stress səhhətində elə problem yaradıb ki, artıq Gülər Əhmədova psixotrop dərmanlar istifadə etmədən yata bilmir”.

Mustafayev müdafiə etdiyi şəxsin barəsində aparılan ibtidai istintaqdan narazı olduğunu (?) da qeyd edib. Gör ha, müstəntiqlər heç də yaxşı iş görmürlər. Belə bir «adi» iş — optada adam oğurluğu, milyonların qəpik yerinə sayıldığı korrupsiya əməllərinin üstündə «yanmış» qadın xeylağının istintaqını niyə elə aparmırlar ki, sabiq deputat «razı qalsın» və ailəlikcə səhhətlərində problem
yaranmasın?..
Güər Əhmədova və əzabkeşlik… Nədi, yoxsa bu zirək qadına «əzabkeş» imici yaraşmır?!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156