Nə olsun ki, hər ikisinin adından «sosial müdafiə» sözü var?
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçmiş sədri Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin ediləndən sonra nazirliklə fondun birləşdirilməsi məsələsi yenidən gündəmə gətirib. Xatırladıq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) 2010-cı ildə hazırladığı institutsional təkliflər paketində bu islahat təklif olunurdu.
Mərkəzin sədri Vüqar Bayramov hesab edir ki, əslində, DSMF-in nazirlikə birləşdirilməsi yalnız büdcə vəsaitinə qənaət edilməsi baxımdan deyil, həmçinin bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına və eləcə də sosial siyasətdə menecmentin əlaqələndirilməsinə səbəb ola bilər. Bununla da pensiya siyasəti hökümətin sosial siyasətinin daha sıx elementinə çevrilə bilər.
İqtisadçı hesab edir ki, əmək və əhalinin sosial müdafiəsi nazirliyinə Səlim Müslümovun rəhbərlik edəcəyini və eləcə də bu sahədə ixtisaslaşdığını nəzərə aldıqda fondun nazirliyə birləşdirilməsi institutsional islahat olmaqla yanaşı eyni zaman çevik idarəetməyə imkan yarada bilər.
İqtisadçı Zöhrab İsmayılisə vurğulayır ki, DSMF büdcədən kənar fonddur, icmal büdcəsnin tərkib hissəsidir. Əmək və Əhalinin Soail Müdafiəsi Nazirliyi isə icra hakimiyyəti qurumudur:”Nə olsun ki, hər ikisinin adından «sosial müdafiə» sözü var? Buna görə büdcədənkənar fond nazirliyə tabe olmalıdır? Kimsə də sabah deyə bilər ki, Neft Fondunu da Energetika Nazirliyinin tabeliyinə keçsin, birləşsin. Harda var belə təcrübə? Pensiya Fondları hər yerdə ayrı qurumdur, onların suveren fond statusları var.
Norveç təcrübəsini misal çəkənlərə cavab olaraq isə İsmayıın cavabı belədir:”Norveç Pensiya Fondu qlobal suveren fonddur və o Mərkəzi Bank tərəfindən idarə olunur. Fondun internet səhifəsində detallar barədə məlumat tapmaq mümkündür”.