Muəllif:

Nə danışdıqlarını bilməyən səfirlərin hökmü verildi

Litva prezidenti Dalya Qribauskayte ölkəsinin Macarıstan və Azərbaycan səfirləri Renatas Yuşka və Arturas Jurauskası vəzifələrdən geri çağırılması ilə bağlı sərəncam imzalayıb. Prezident ölkə Konstitusiyasına və hökumətin qəbul etdiyi qərara əsasən, bu səfirlər vəzifələrdən azad olunur. Səfirlər öz fəaliyyətini sentyabrın 30-da başa vuracaqlar.

Bəlli olduğu kimi, iyulun 8-də YouTube video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstan diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R. Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153