Muəllif:

Nazarbayev Sarqsyana deyib: Gömrük İttifaqına Qarabağsız girəcəksən

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Gömrük İttifaqına daxil olması kontekstində Dağlıq Qarabağ məsələsini qaldırıb. Dekabrın 24-də Moskvada Avrasiya Ali İqtisadi Şurasının iclasında Nazarbayev bildirib ki, ölkəsi Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında “yol xəritəsini” imzalamağa hazırdır, amma xüsusi rəy ilə, belə ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinin aydınlaşdırılmasını tələb edir.

Ermənistan üzrə “yol xəritəsi” ümumilikdə razılaşdırılıb, hesab edirəm ki, onu qəbul etmək olar. Bununla belə, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı Gömrük İttifaqının Ermənistandan keçən sərhədi məsələsi açıq olaraq qalır. Buna görə biz həmkarlarımızla “yol xəritələri” imzalayacağıq, amma açıqlanan xüsusi rəy ilə”, deyə Nazarbayev bildirib. Xəbəri RİA Novosti yayıb. İclasda Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edir. -02D-

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 170