Muəllif:

Naxçıvanda benzinin qiyməti 40-50% artıb

İran hakimiyyətinin Azərbaycandan 30 tondan çox yük maşınlarının ölkəyə daxil olmasını qadağan etməsi Naxçıvan Muxtar Respublikası üçün ciddi problemlər yaradıb. Azərbaycanın qalan ərazisindən ayrılmış bu bölgə yanacağı İran ərazisi vasitəsilə Naxçıvana gedən benzindaşıyan maşınlarla alır. İran hakimiyyəti noyabrın 7-də Azərbaycandan yük maşınlarının ölkəyə daxil olmasını qadağan etdikdən sonra Naxçıvanda yanacağın qiyməti kəskin şəkildə artıb. Qeyri-rəsmi məlumatlara görə, bir litr benzinin qiyməti 1 manata çatıb, bir halda ki, dövlət qiyməti 50 qəpik təşkil edir.
Bu kəskin bahalaşmanın səbəbi yanacaq çatışmazlığıdır. Yerli hakimiyyət qiymət artımı ilə bağlı heç bir şərh vermir, Bakı hökuməti isə vəziyyətdən çıxış üçün təcili tədbirlər görüldüyünə inandırır.
Xatırladaq ki, noyabrın 7-də Naxçıvanda Şahtaxtı nəzarət-buraxılış məntəqəsi, daha sonra isə İran-Azərbaycan sərhədindəki bütün digər 4 NBM-lər bağlanıb. Tərəflər bir-birini ittiham edib, üç gün sonra isə keçid yalnız piyadalar üçün açılıb. Daha iki gün sonra ağır yük maşınları istisna olmaqla, avtomaşınlar üçün sərhəd açılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197