Muəllif:

Naxçıvan-Kars dəmiryol layihəsi işlənir

Azərbaycan-Türkiyə sərhədindən Kars şəhərinədək yeni dəmiryol xəttinin çəkilişii Bakı-Tbilisi-Kars dəmiryol əlaqəsinin yaradılmasından sonra başlaya bilər. Bu barədə «Azərbaycan Dəmir Yolları» QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Naxçıvanla Karsı birləşdirəcək yeni dəmiryol layihəsi üzərində iş aparılır.»Yeni dəmiryol layihəsi çox güman ki, Bakı-Tbilisi-Kars dəmiryolunun çəkilişi başa çatdıqdan sonra həyata keçiriləcək», — Əzməmmədov deyib.
Bakı-Tbilisi-Kars dəmiryolu 2014-cü ildə istismara verilməlidir. Xəbərlərə görə, bölgədə indiki kəskin hava şəraiti üzündən Gürcüstan ərazisində işlər müvəqqəti dayandırılıb. Bu barədə Trend-ə » Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, tikinti işlərinin dayandırılması əlverişsiz hava şəraiti ilə əlaqədardır. Yolun salınması üzrə işlərin dayandırılmasına baxmayaraq, stansiyaların tikintisi davam edir.
«Hava şəraitinə baxmayaraq, işlər tam dayandırılmayıb. Çöl şəraitində görülməsi tələb olunmayan işlər davam edir. Hava şəraiti yaxşılaşdıqca yolun çəkilməsi üzrə işlər davam edəcək», — Əzməmmədov qeyd edib.
Onun sözlərinə görə, yeni dəmiryol xəttinin çəkilməsi çərçivəsində işlər bu il ərzində davam etdiriləcək və layihə 2014-cü ildə tam istismara veriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 639