Muəllif:

Naxçıvan: iş adamlarından hələ də xəbər yoxdur

Naxçıvanda yaşayan sahibkar Nadir Məmmədov və Məhəmməd Qurbanovun qohumları cümə günü RATİ-də mətbuat konfransı keçiriblər. Məhəmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova Naxçıvan MTN-də həyat yoldaşına olan təzyiqdən, onlara məxsus 9 min manatlıq malı hələ də ala bilmədiklərindən danışıb. «2012-ci ilin dekabrında 40 nəfər tərəfindən döyülərək, heç bir əsası olmadan həbsə atılan həyat yoldaşımla indiyə kimi görüşə icazə verilməyib. Həyat yoldaşımı soyunduraraq soyuq suyun altında saatlarla saxlayıb işgəncə veriblər», — deyə Qurbanova bildirib. («Turan»)
Daha sonra Nadir Məmmədovun həyat yoldaşı Elnurə Məmmədova anonim nömrələrdən gələn təhdid və hədələrdən danışıb, Sədərək Gömrük Keçid Məntəqəsindəki yük maşını və minik avtomobillərinin ailəsinə qaytarılmadığını bildirib. «Hər gün gizli nömrələrdən zənglər olur, evdə rahat otura bilmirik, hara gediriksə bizi izləyirlər, gecələr həyətimizə yad adamlar gəlir, həyatımız təhlükədə olmasın deyə Naxçıvandan qaçıb Bakıdakı yaxın qohumların evinə gəlmişik. Bizə məxsus 9 min manatlıq mal Sədərək gömrüyündə saxlanılır, yük maşını və minik avtomobili hələ də bizə qaytarılmayıb», — deyə E.Məmmədova qeyd edib.
Zərərçəkənlərin bütün dövlət instansiyalarına müraciətləri cavabsız qalıb. Sonda Fəridə Qurbanova ombudsman Elmira Süleymanovaya məktub göndərəcəklərini, cavab verilmədiyi halda xarici səfirliklərdən sığınacaq istəyəcəklərini söyləyib. Nə isə, bu hadisələr XXI əsrin bu çağında Naxçıvan diyarında baş verir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154