Muəllif:

Narkotikdən istifadə edənə indikindən 4 dəfə sərt cəza gəlir

Narkotikdən istifadə edənə indikindən 4 dəfə sərt cəza gəlir. Narkotik vasitələri istehlak edən və saxlayanlar üçün cəzaların dörd dəfə sərtləşdirildiyi barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə nəzərdə tutulur. Məcəllənin 68-1-ci maddəsində qeyd edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, həmçinin onların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə müəyyənləşdirilən həbs müddəti 15 gündən iki ayadək artırılır.

Maddədə qeyd olunur ki, bu qanun pozuntusunu törədənlər 300 manatdan 400 manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlər kifayət sayılmadıqda iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Maddədə məsuliyyətdən azad etmə də öz əksini tapır. Belə ki, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu qeyddə nəzərdə tutulan hərəkətlərə görə məsuliyyətdən azad edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 293