Narkotik siyasiləşir? Astma xəstəsindən narkotik?
Vətəndaş Həmrəyliyi Partiyasının gənclər təşkilatı son aylar gənc siyasi fəalların həbsə alınması praktikasını pisləyən bəyanat yayıblar, deyə Turan-ın xəbərində bildirilir. Bəyanat müəllifləri NİDAçı gənclərdən 4 nəfərin və AXCP fəalı Daşqın Məlikovun həbslərini sərt repressiyaların yeni dalğası adlandırırlar. NİDAçı gənclərin «çevriliş cəhdi» ittihamı qondarma və mürtəce sayılır.
Daşqın Məlikovun narkotik maddə saxlamaq ittihamı ilə həbsi gənclərin iradəsini qırmağa yönələn «serial siyası həbslərin davamı» kimi dəyərləndirilir. Cözügedən sənəddə ironiya ilə «narkotik maddənin siyasiləşməsi» ifadəsi işlənib. Daşqın Məlikovun astma xəstəsi olması, buna görə nəinki narkotik maddədən istifadə etməsini, hətta siqaret belə çəkmədiyi göstərilərək ittihamın əsassızlığı qeyd edilir.
Bəyanatda bütün siyasi fəalların dərhal sərbəst buraxılması tələb edilir.