Narkotik bazarı: qucaq-qucaq marixuana tutulur
Keçirilən hay-küylü kampaniyalara, bu fəsadla mübarizə üçün sanballı strukturların mövcudluğuna rəğmən: ölkədə narkotik bazarı çiçəklənməkdədir: artıq qram-qram deyil, qucaq-qucaq, kilo-kilo marixuana tutulur. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin, Cinayət Axtarış Şöbəsinin və 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cavanşir Bayramovdan 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Digər fakt isə Yasamal rayonunda qeydə alınıb. Yasamal Rayon Polis İdarəsinin Narkotiklər Mübarizə Bölməsinin və Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Fərman Məmmədovdan 4 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb…