«Narkotik aqranomu» peşmanam desə də, qandallandı
Yevlax polisinin «Xaş-Xaş 2013» şərti adı altında keçirdiyi əməliyyat planı nəticəsində Xaldan qəsəbə sakini Kərimoğlu Anar Şahin oğluna (1981) məxsus evin həyətyanı sahəsinin 3,5 metrlik hissəsində hər birinin hündürlüyü 40-50 sm olan, 6 kq 165 qramlıq 10 ədəd çətənə kolu aşkarlanaraq, maddi sübut kimi götürülüb. Eləcə də Xanabad kənd sakini Mustafayev Mustafa Baloğlan oğluna (1951) məxsus 4,5 metr həyətyanı sahəsindən də, hər
birinin uzunluğu 50-80 sm olan, 11 kq 565 qramlıq 30 ədəd çətənə kolu aşkar edilib.
Əraziyə Narkotika və Narkomaniya üzrə Mübarizə Bölməsinin əməkdaşıarı və bir neçə aqronom cəlb olunub. İlkin araşdırma zamanı məlum olub ki, kollar şitillər şəklində əkilib və bu çətənə kollarına aqro-texniki qaydada qulluq edilib. Narkotik aludəçisi və taciri isə bildirib ki, vaxtından əvvəl yetişməsi üçün həmin bitkilərin üzərində kultivasiya işləri aparıb və xüsusi pereparatlarla dərmanlamadan istifadə edərək, bitkiləri böyüdülüb.
Ələ keçirilən çətənə bitkiləri polis əməkdaşları tərəfindən elə yerindəcə yandırılıb. Peşmançılıq hissi keçirdiyini deyən «narkotik aqranomu» Mustafa Mustafayev bir daha bu işlə məşğul olmayacağını bildirib.Faktla bağlı hər iki şəxsə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.