Muəllif:

Narazısan?

Azərbaycanda tanınmış demirəm, hər bir adi, sıravi insanın vicdanını ağrıdacaq, onu bütün gecəni yatmağa qoymayacaq külli miqdarda biabırçı hadisə baş verir. Özü də demək olar ki, hər gün…
Agentliklərin informasiya toplusundan siyasətlə heç bir əlaqəsi olmayan və demək olar ki, təsadüfən seçdiyim bir xəbəri misal kimi gətirmək istəyirəm.
Yanvarın 14-də Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı «Bizim Yol» qəzetinə müraciət edən və qəzetdə şikayəti işıqlandırılan valideyn Şahin Ağayev fevralın 6-da həbs edilib. Bu barədə TURAN informasiya agentliyi xəbər verir. Ailə üzvlərinin məlumatına görə, səhər tezdən Lənkəran şəhərindəki evlərinə basqın edilib. Qapı və pəncərəsi sındırıldıqdan sonra evə daxil olan üzü maskalılar Ş.Ağayevi övladlarının gözü önündəcə döyərək, əl-qolunu bağlayıb aparıblar. Evdə axtarış aparılsa da, heç nə tapılmayıb.
Ailə üzvləri baş verənlərin mətbuatda və sosial şəbəkələrdə yayılan videoçarxla bağlı olduğunu güman edirlər, çünki videoçarxda adı çəkilən məktəbin direktoru ailəni əməlinə görə cəzalandıracağına söz verib. Onun yaxın qohumunun isə Narkotiklərlə Mübarizə İdarəsinin cənub Regional Şöbəsində işlədiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Orxan Mansurzadə Ş.Ağayevin barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi açıldığını və onun 7,6 qram marixuananı satarkən həbs edildiyini bildirib. Ş.Ağayevin marixuana satmaq istədiyi şəxsin də məsuliyyətə cəlb edilməsi üçün tədbirin görüldüyünü deyib. O.Mansurzadə həmçinin Ş.Ağayevin yayılmış videoçarxla bağlı həbs olunmadığını qeyd edib.
Qeyd edək ki, yanvarın 14-də Lənkəran şəhər 8 saylı orta məktəbdə Vüsalə adlı müəllimənin 6-cı sinif şagirdi Arzu Ağayevanı döyməsi ilə bağlı şagirdin özü və atası Şahin Ağayev «Bizim Yol» qəzetinə müsahibə veriblər. Ş.Ağayev videoçıxışında bildirib ki, müəllimin şilləsi nəticəsində qızının qulaq pərdəsi partlayib, sırğası itib. Məktəb direktoru isə bildirib ki, Vüsalə müəllimə tənbeh edilib.
Özünün deyil, başqasının uşağını döyən, onun qulaq pərdəsini partladan Vüsalə müəllimə üçün ən böyük cəza yalnız tənbeh ola bilər. Doğma qızının müdafiəsinə qalxmış ata isə, sözsüz ki, həbsə girməlidir, çünki bizdə kiçikdən böyüyə qədər bütün «narazılar» nəticədə «narkoman» çıxır. Özü də narazılığın səbəbindən asılı olmayaraq…

[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 203