Nadir Əzməmmədov: “Marneulidə işçilərin tətil xəbəri həqiqətə uyğun deyil”
Marneulidə Bakı-Tiflis-Qars dəmir yolunun Tetritskaroy hissəsində işçilərin tətil keçirilməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat kaitibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Ötən gün Gürcüstan mətbuatında Marneulidə Bakı-Tiflis-Qars dəmir yolunun Tetritskaro hissəsində işçilərin əmək haqlarının 5 ay almadığına görə tətil keçirilməsi barədə məlumat yayılıb.
N. Əzmmədovun sözlərinə görə, Ramazan bayramı ilə əlaqədar olaraq (avqustun 8-9-da) sözügedən dəmir yolu hissəsində çalışan işçilərin əmək haqları bir qədər gecikdirilib: «Lakin hazırda bütün işçilərin məvacibləri verilib və Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində heç bir dayanma halları qeydə alınmayıb. İşçilərin əmək haqlarını 5 ay verilməməsi həqiqətə uyğun deyil».