Muəllif:

“Nabran Holiday Village” lisenziyadan məhrum edildi

Bütün ölkədə güniş rezonans doğurmuş ədbəxt hadisənin baş verdiyi “Nabran Holiday Village” istirahət mərkəzinin lisenziyası ləğv edilib. Xaçmaz rayonu ərazisində yerləşən «CTF» firmasına məxsus bu istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq komissiyası hadisə yerinə ezam olunub.

Nazirlik bildirir ki, müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar etmiş və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə etmişdir. Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr verilmişdir.

Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanmış və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilmişdir. Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacaqdır. Belə olan halda hətta müəssisənin fəaliyyətinə xitam da verilə bilər.
Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən «məxfi qonaq» sistemi üzrə həyata keçiriləcəkdir.

Sahibkarları rəhbərlik etdikləri müəssisələrdə təhlükəsizlik qaydalarına və digər müvafiq tələblərə riayət olunmasını təmin etməyə, turistləri isə tələb olunan qaydalara ciddi əməl etməyə çağırırıq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 177