Muəllif:

«Nabran hadisəsini» prezident nəzarətə götürdü


Nabranda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən, Azərbaycanın turizm imicinə ağır zərbə kimi baxılan bəlli hadisənin istintaqı prezident İlham Əliyev tərəfindən nəzarətə götürülüb. Uşaq Azərbaycan həkimlərinə etibar edilməyərək müalicə üçün Almaniyaya göndərilib.

Bu bölgədəki istirahət obyektlərində yoxlamalar getdiyi, xidmət səviyyəsinin bərbad durumda olduğu barədə xəbərlər var. Elə bütün bunlara görədir ki, ağıllı düşünən azərbaycanlılar istirahət üçün ən azından Gürşüstanı seçir.

Bu arada Baş Prokurorluq isə Nabranda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı növbəti açıqlama yayıb.

Baş Prokurorluq Nabranda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı növbəti dəfə açıqlamasında bildirir ki, iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri alan İmran Cəfərzadənin müayinə və müalicəsinin, eyni zamanda baş vermiş hadisə ilə bağlı CM 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqının prezident tərəfindən nəzarətə götürülüb həmin iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

Cinayət işi üzrə zəruri ekspertizalar, o cümlədən, məhkəmə-texniki, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.

ƏN Məhkəmə-ekspertiza mərkəzinin 25 iyul 2013-cü il tarixli ilkin rəyi ilə müəyyən edilmişdir ki, istirahət mərkəzinin vəzifəli və digər şəxslərinin xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində “Su attraksionları. Konstruksiyalarının təhlükəsizliyi” standartının 6.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə azyaşlı İ. Cəfərzadə ağır bədən xəsarətləri alıb.

Cinayəti törətməkdə şübhəli bilinən “CTF” firmasının və “Nabran Holiday Village” istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov CM 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.

İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla “CTF” firması və “Nabran Holiday Village” istirahət mərkəzinin fəaliyyətindəki qanun pozuntularının və həmin qanun pozuntularına yol vermiş digər təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediləcəyinin təmin olunacağı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191