Müxalifətin mitinqində 10 mindən çox adam işdirak edib
Bakının Yasamal rayonunda “Məhsul” stadionunda (keçmiş Qələbə kinoteatrının yaxınlığı) müxalifətçi Milli Şura tərəfdarlarının mitinqinin bşlanğıcında 10 mindən az olmayaraq adam toplaşıb. Hadisə yerində olan Turan-ın müxbiri insanların aksiyaya gəlməkdə davam etdiklərini deyib. Mitinqin aparıcısı Xalq Cəbhəsi partiyasının sədr müavini Sahib Kərimov olub. Aksiya ənənəvi formada deyil, namizədin seçicilərlə görüşü foramatında keçirilib. Bütün şüarlar azad və ədalətli seçkilər keçirilməsilə bağlı olub. Aksiyada çoxsaylı bayraqlar və təşviqat plakatları açılıb. Aksiya çox təntənəli və emosional keçib.
Mitiniqn təşkilatçıları deyiblər ki, iqtidar stadiona gələn yolları bağlayıb, insanların stadiona daxil olmasına məhdudiyyət qoyur. Şəhərə yaxın Masazır qəsbəsi əhatəyə alınıb, oradan hər hansı nəqliyyat növünün hərəkətinə imkan verilmir. Polis insanların aksiya yerlərinə çatmamaları üçün mümkün olan bütün maneələri törədir. Mitinqdə müxalifət liderləri İsa Qəmbər, Əli Kərimli, İsgəndər Həmidiov, Eldar Namazov, sonda isə Milli Şuradan prezidentliyə namizəd Cəmil Həsənli çıxış etmişdir. Çıxışçılar indiki hakimiyyətin siyasətini kəskin tənqid etmişlər.
Müsavat partiyasının lideri İsa Qəmbər mitinqin payız bərabərliyi günündə keçdiyini xatırladıb və əlavə edib: “Bu həm də ölkənin avtoritarizmdən demokratiyaya keçid rəmzidir”.
Milli Şuranın prezidentliyə namizədi C.Həsənli çıxışında İlham Əliyevi birbaşa debatlara çağırıb. “Qoy o burada səslənən suallara üzbəüz cavab versin, qoy cavab versin ki, niyə 20 ərzində 20 sm torpaq azad etməyib”- deyə qeyd edib. Daha sonra C.Həsənli öz seçicilərinin mövqeyini ifadə edərək bu insanların total ədalətsizlikdən, bu hakimiyyətin hərislik və ikiüzlüllüyündən bezdiyini söyləyib.
“Avtoritar rejim ölkəni idarə edən kriminal piramida yaradıb. Amma bu qitidar bununla kifayətlənmək istəmir, bu piramida bizim uşaqları da idarə etmək istəyir, buna isə yol vermərik”-deyə C.Həsənli mövqeyini ifadə edib.
Son illərdə bu mitinq müxalifətin ən kütləvi və emosional mitinqi sayıla bilər, deyə Contact.az saytı təəssüratını bölüşür