Muəllif:

Müxalifətçiyə hər şey haramdır! Tibbi dava-dərman da…

Naxçıvan gömrüyü Naxçıvanda müxalifətçilərə hər şeyin haram olduğu qənaətindədir. Culfa gömrük keçid məntəqəsinin əməkdaşı bunu hündür səslə bəyan edib. Bu əhvalatın təfsilatını Turan-a İctimai Palatanın Naxçıvan şöbəsinin üzvü Zeynalabdin Bağırzadə verib. Müxalif düşüncəli bu vətəndaşın sözlərinə görə, iki gün öncə xanımının səhhətilə bağlı müalicə üçün İrana gedib. İrandan qayıdarkən Culfa gömrük keçid məntəqəsində Ramin adlı gömrük əməkdaşı onu təxribata çəkməyə çalışıb.
Gömrük ərazisinə daxil olanda Ramin adlı şəxs Z.Bağırzadənin üzərinə gələrək səbəb olmadan təhqirə başlayıb, fiziki güc tətbiq edib. Gömrük əməkdaşı Z.Bağırzadəyə müxalifətçi olduğu üçün hər şeyin ona haram olması təhqiri yağdırıb. Həyat yoldaşının dərmanları olan çantasını və geyim əşyalarını əlindən alıb, saatlarla pasportlara möhür vurmayaraq gözləməyə məcbur edib…
Z.Bağırzadə gömrük əməkdaşının əməlini təxribat kimi dəyərləndirib. Ramin adlı gömrük əməkdaşı bu tapşırığın yuxarıdan gəldiyini gizlətməyib. Z.Bağırzadəyə aid bütün əşya və mallar müsadirə olunsa da, müsadirə ilə bağlı heç bir sənəd verilməyib.
Z.Bağırzadənin gömrük rəhbərliyilə görüş istəməsinə əhəmiyyət verilməyib. Bu özbaşınalıqdan Naxçıvan rəhbərliyinə və aidiyyəti qurumlara şikayət edəcəyini deyəndə Ramin adlı şəxs gömrüyün ağası olduqlarını və onların işinə heç kəsin qarışmaq ixtiyarı olmadığını söyləyib.
Z.Bağırzadə son zamanlar yerli məmurları müxalif fikirli vətəndaşlara qarşı ayrı-seçkilikdə ittiham edib, dövlət başçısını bu özbaşınalığa münasibət bildirməyə və qanunu pozan məmurları cəzalandırmağa çağırıb.
Z.Bağırzadənin iddialarına münasibət bildirmək üçün Naxçıvan gömrüyündən sualları cavablandırmayıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164