Muəllif:

“Müxalif jurnalistlər virus kimidir, onları qırmaq lazımdır”

Azadliqnews.tv-nin bu gün polis tərəfindən saxlanılmış müxbiri Dəyanət Məmmədov 40 dəqiqə sonra sərbəst buraxılıb. Onun saxlanılmasına metronun “Azadlıq prospekti” stansiyasının girişində yaranmış basabasın videoçəkilişini aparması səbəb olub. Basabas metronun giriş aparatlarının işləməməsi ilə əlaqədar yaranıb (Turan).
Jurnalisti saxlayan polis çavuşu onu metrodakı polis otağına aparıb, burada onun mobil telefonu, noutbuku və videokamerası əlindən alınıb. Bundan sonra polis videokameranın yaddaşını silib, Məmmədovun çantasında axtarış aparıb və iş yeri ilə maraqlanıb.
Məmmədovun “Azadlıq tv”nin əməkdaşı olduğunu öyrənən polislərdən biri “müxalifət jurnalistləri virus kimidir, onları qırmaq lazımdır” deyib.
Jurnalistin saxlanması haqqında rəhbərliyə məruzə edildikdən 40 dəqiqə sonra Məmmədovun sərbəst buraxılması haqqında göstəriş daxil olub.
“Azadlıq tv” redaksiyası hadisənin araşdırılması, jurnalisti saxlanmaya, axtarışa və təhqirlərə məruz qoymuş polisin cəzalandırılması məqsədilə DİN-ə müraciət etmək niyyətindədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 177