Muəllif: İsmayıl Umudlu
Musiqiçi 43 gündür həbsxanada aclıq aksiyası keçirir
Tehranın məşum Evin həbsxanasında saxlanılan musiqiçi İsmayıl Bərzigəri 43 gündür aclıq aksiyası keçirir.Həbsxana nəzarətçiləri son on gündə aclıq aksiyasını dayandırması üçün onu ikinci dəfə təkadamlıq kameraya köçürüblər. Belə ki, musiqiçini dekabrın 7-də Evin həbsxanasının 240-cı bəndinə salıblar. Siyasi məhbusun fiziki və ruhi vəziyyətinin yaxşı olmadığı bildirilir.
Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş sənətçi, muğam ifaçısı Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə həbs olunub. Tehran məhkəməsi onu casusluqda müqəssir bilinərək 7 illik həbsə məhkum edib.
Bölüm: Güney
Oxunma sayı: 151