Muəllif:

Müsavatın namizədi bəlli: İsa Qəmbər

Müsavat Partiyası qərarını verib: prezidentliyə namizədi başqan İsa Qəmbərdir. Müxalif düşərgədən digər ehtimali iddiaçı – Əli Kərimli isə fərqli düşünür: “Heç kim istəklərinin yüz faiz icra olunmasına cəhd etməməlidir. Əgər köklü dəyişikliklərə nail olmaq istəyiriksə, heç kəs istəklərində tam israrlı olmamalıdır”. APA-nın məlumatına görə, bunu İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, AXCP sədri Əli Kərimli İctimai Palatanın sessiyasında deyib.

O bildirib ki, İP-in 2013-cü ildəki fəaliyyəti ilə bağlı təkliflər paketinin qəbulu istiqamətində KŞ-da ciddi müzakirələr aparılıb: “Etiraf etmək lazımdır ki, bu layihə qəbul oluna qədər bir-biri ilə uzlaşmayan mövqelər var idi. Bu 2013-cü ilin prezident seçkilərinə münasibətlə bağlı idi. Bir çox üzvlər hesab edirdilər ki, gecikmədən seçkidə iştirakla bağlı qərar verilməli və bu istiqamətdə işlərə başlanmalıdır. Demokratik seçki mühitinin yaradılması da bu seçki kampaniyasının daxilində həyata keçirilməlidir. Bir çox Koordinasiya Şurası üzvləri isə hesab edirdilər ki, ölkədə demokratik seçki mühiti yoxdur, ona görə də prioritet olaraq ölkədəki seçki mühitinin demokratikləşməsi istiqamətində işlər aparılmalıdır. Xeyli müzakirələrdən sonra bir-birimizi fikrimizdən daşındıra bildik və kompromis əldə etdik”.

Ə. Kərimli İP-in saxlanmasının vacibliyini də vurğulayıb: “Razılaşdıq ki, hər iki fikir paralel yaşasın. Qarşıdakı aylarda hamımızın eyni mövqeyə gəlib çıxmaq ehtimalımız da var. Bu ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı ola bilər. Namizədliklərlə bağlı ilkin qərar olub və olacaq. Yekun qərar isə seçkilər ərəfəsində veriləcək”.

Ə. Kərimli bildirib ki, proses qarşılıqlı ittihamlar olmadan davam etdirilməlidir: “Bugünkü vəziyyəti namizədliyə namizəd kimi qəbul edirik. İnanıram ki, bu prosesi qarşılıqlı ittihamlarsız apara biləcəyik”.

O, seçki islahatları platformasının imzalanacağına ümid etdiyini də qeyd edib. Ə. Kərimli İP KŞ-ya seçkilərin keçirilməsindən, qurumda vətəndaş cəmiyyətinin təmsilçiliyinin artırılmasının zəruriliyindən danışıb: “Əldə olunan kompromis bundan ibarətdir ki, proses başa çatana qədər seçkiləri təxirə salaq. Bu, İctimai Palatanı fəsadlardan qoruya bilər”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153