Muəllif:

Murmanskda 2 Azərbaycan vətəndaşı öldürülüb

Murmanskda silahlı insident zamanı qətlə yetirilən şəxslər Azərbaycan vətəndaşı, yaralanan şəxs isə Rusiya vətəndaşı olub. Bunu APA-ya Azərbaycan DİN Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib.

Onun sözlərinə görə, dekabrın 4-də axşam saatlarında Murmansk şəhərinin Xibinski döngəsi, ev 12 ünvanında yerləşən meyvə-tərəvəz bazasında iki nəfərin qətli, bir nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insident baş verib: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən şəxslər Azərbaycan vətəndaşları — 1976-cı il təvəllüdlü Sədi Əzizov və 1970-ci il təvəllüdlü Nəriman Axundov olublar. Yaralanan şəxs isə Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Həbib Kərimov olub. Qətlin kim və ya kimlər tərəfindən törədildiyi hələ bilinmir”.

E.Səmədov faktla bağlı RF CM 105.2-ci (iki və ya daha çox adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib: “Baş verən hadisə Azərbaycanın Rusiya səfirliyi və Daxili İşlər Nazirliyinin diqqətindədir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169