Muəllif:

Muradverdiyev girov müqabilində sərbəst buraxılmasını istəyir

MTN tərəfindən həbs edilən Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev girov müqabilində sərbəst buraxılmasını istəyir və müvafiq vəsatət verilib.
Təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev mətbuata bildirib ki, vəsatətə Səbail Rayon Məhkəməsində baxılacaq.

Muradverdiyev iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiyaya aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməkdə suçlanır.

Ondan Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb. Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən CM 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123