Muəllif:

Müqəddəs Qumda eşşək əti satanlar tutulub

Şiə müsəlmanların müqəddəs saydıqları məkanlar sırasında yer alan Qum vilayətində eşşək əti satmaqda təqsirli bilinən 3 şəxs həbs edilib. APA-nın Radio Fərdaya istinadən məlumatına görə, həbs edilənlər eşşəkləri oğurlayıb, sonra da ətini yolüstü restoranlara ucuz qiymətə satmaqla məşğul olublar. İran polisinin əməliyyatı nəticəsində eşşəyi ədəb-ərkanla yıxıb kəsən qəssab iş başında yaxalanıb. O istintaq zamanı kəsdiyi eşşəklərin Məhəmməd və Məhərrəm kimi mötəbər adlar daşıyan şəxslər tərəfindən oğurlanıb gətirildiyini etiraf edib. Polis həmin eşşək oğrularını da həbs edib. Saxlanan şəxslər təqsirlərini etiraf ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182