Muəllif:

Mühəndislər distans idarə olunan döyüş modulu yaradıblar

MSN mütəxəssisləri tərəfindən döyüş maşınlarının silahlandırılması üçün distans idarə olunan döyüş modulu yaradılıb. yeni döyüş modulu özündə çox sayda silahı, mühafizə və müşahidə sistemlərini birləşdirir. APA-nın məlumatına görə, azərbaycanlı mühəndislər tərəfindən hazırlanmış döyüş modulu BRDM, BTR tipli zirehli transportyorlara, habelə BMP-1 və BMP-2 tipli piyadaların döyüş maşınlarının silahlanmasına daxil edilə bilir.

Döyüş modulunun silahlanmasına 23 mm çaplı QŞ-23-2L topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud qurğusu, həmçinin optik və termal nişangahlar daxildir. Döyüş modulunun qalxma bucağı 30 dərəcə, fırlanma bucağı isə 360 dərəcədir.

Mütəxəssislərin sözlərinə görə, yeni modul CAR-ın EWT firması ilə birgə istehsal olunan «Şimşək» döyüş modulundan özünün yığcamlığı və çoxfunksiyalılığı ilə fərqlənir. Bu sistemin yaradılmasında döyüşlərdə iştirak etmiş mütəxəssislərin təcrübələri nəzərə alınıb.

Qeyd edək ki, hazırda «Şimşək» döyüş modulu MSN-də müasirləşdirilən BTR-70M zirehli transportyorlarına qurulur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166