Muəllif:

Mühafizə polisinin əməkdaşı özünü asıb

Hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Kirayədə yaşayan Astara rayon sakini, mühafizə polisində çalışan Samir Ələkbərzadə özünü asıb. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Digər buna bənzər hadisə isə Hökməlidə qeydə alınıb. Qəsəbə sakini Əli Əliyev (1972) yaşadığı evdə özünü asıb. Hər iki faktla bağlı CM 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bu üsulla intihar hallarına tez-tez rast gəlinir. Son olaraq, Quba rayonunu Xınalıq kənd sakini Hacıqabulda eyni üsulla intihara cəhd edib. APA-nın məlumatına görə, martın 9-da gecə saatlarında Hacıqabul rayonunda müvəqqəti yaşayan 32 yaşlı Xəyalə Nəsrullayeva ağır vəziyyətdə reanimasiya şöbəsinə mexaniki boğulma diaqnozu ilə daxil olub. Qadının boğaz nahiyyəsində kəndir izlərinin olduğu aşkarlanıb.

Həkimlərin bildirdiyinə görə, mexaniki boğulma nəticəsində xəstədə beyin hipoksasiyası baş verib, hazırda o, sini nəfəs aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir. Qadının intihara cəhdinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Hacıqabul polisinin araşdırma apardığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 254