Muəllif:

Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iyunun 26-da Bakıda keçiriləcək paradla bağlı məlumat yayaraq bildirir ki, Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə sabah Azadlıq meydanında hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev verəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130