Muəllif: Redaksiya
Mübarək ailəsi 150 milyon dollar büdcə pulunu mənimsəyib
Aprelin 20-də Misirin Apelyasiya məhkəməsi keçmiş prezident Hüsni Mübarəkin korrupsiya ilə bağlı işi üzrə qərar çıxarıb. Hüsnİ Mübarək azadlığa qovuşa bilməyəcək, çünki 150 milyon dollar büdcə vəsaitini mənimsəyib.
İttihama görə, ölkə başçısının iqamətgahlarının təmiri və bərpasına ayrılan büdcə vəsaiti təyinatı üzrə xərclənmək əvəzinə, Mübarək ailəsinin şəxsi hesablarına yönəldilib. Təftiş orqanlarına isə görülmüş işlər barədə saxta sənədlər təqdim ediblər. Əldə olunmuş vəsaitlər keçmiş prezident və onun ailə üzvləri tərəfindən daşınmaz əmlakın alınması və tikintisinə sərf olunub… Bu vicdansızlığı ona bağışlamayacaqlar.
Bölüm: Dünya
Oxunma sayı: 149