Muəllif:

MTN yenə İrandan narkotik daşıyan dəstə ifşa edib

İrandan narkotik daşıyan bu qədər dəstələr ifşa edilsə də, onlar qurtarana bənzəmir. Sanki sərhədin o tayında yeddibaşlı əjdahalar dayanıb, bir başını kəsirsən, yerində yeddisi bitir. Budur, MTN yenə guya islam qanunlarının hökm sürdüyü bu məmləkətdən bizim balaca ölkəmizə narkotik zəhəri daşıyan yeni bir dəstəni ifşa etdiyi barədə xəbər yaydı. Bu məlumata isnad edib İranın nə qədər «cəlbedici»
qonşu olduğu barədə əyani təəssürat əldə etmək olar.

Uyuşdurucu qaçaqmalçılığı ilə məşğul olan bu dəstədə 11 nəfər əlbir imiş. Onlar ifşa edilmiş, onlardan ümumilikdə 59 kiloqramdan artıq narkotik aşkar edilərək götürülmüşdür.

MTN İctimai Əlaqələr Mərkəzinin yaydığı xəbərə istinadən, MTN və Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə əməliyyat tədbirləri nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşı Asif Eyyub oğlu İsmayılov Dağıstanda saxlanılmış, İrandan Rusiyaya göndərilən içərisində kartof kisələri olan yük avtomobilinə baxış nəticəsində 36 kiloqram 200 qram həşiş aşkarlanaraq götürülmüşdür.

MTN tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları — Rasim Mirzə oğlu Ağayev və Anar Çingiz oğlu Şəbiyev saxlanılmış, onlardan 6 kiloqramdan artıq heroin və 2 kiloqram 965 qram tiryək götürülmüşdür.

bu qurqmqun başqa bir əməliyyatının gedişində Azərbaycan vətəndaşı Namiq Əkbərağa oğlu Hüseynov saxlanılmış, ondan 2 kiloqram 192 qram tiryək götürülmüşdür.
Daha bir əməliyyatın gedişində Azərbaycan vətəndaşı Nazim Süleyman
oğlu Əliməmmədov saxlanılmış, baxış nəticəsində ondan 200 qramdan artıq müxtəlif növ ağır tərkibli narkotik vasitələr aşkarlanmışdır.

Astara rayonunun Sım kəndi ərazisində İran tərəfdən dövlət sərhədini qanunsuz keçmiş İran vətəndaşı Ruhi Dilavər Mətləb oğlu saxlanılmış, ondan 2 kiloqram 50 qram həşiş qətranı aşkarlamışdır.

Tahirov Rafiq Əlihüseyn oğlu və Babayev Rəhim Rəhman oğlu saxlanarkən müəyyən edilmişdir ki, Rafiq Tahirov və Babayev Rəhim, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Behzad qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda — 48,20 qram cəkidə 205 ədəd metadonu qaçaq yolla sərhəddən gizli keçirərək İrandan Azərbaycana gətirmişlər.

Martın 17-də həyata keçirilmiş əməliyyat tədbiri ilə Azərbaycan Respublikasının vətəndaşları — Qasımov Sakit Böyükkişi oğlu, Qasımov Habil Böyükkişi oğlu və Ağayev Natiq Mirağa oğlu saxlanılmış, onlardan 8 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın tiryək, 303 qram maye halında narkotik vasitə olan amfetamin aşkarlanaraq götürülmüşdür.
Bütün faktlarla bağlı cinayət işləri başlanılmış, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217