Muəllif:

MSK seçkilərə dair ilkin nəticələri açıqladı

Mərkəzi Seçki Komissiyasının başçısı Məzahir Pənahov oktyabrın 10-u gecə seçki məntəqələrinin 72%-də (3947) prezident seçkilərinin nəticələrinə dair ilkin yekunları açıqlayıb. O, səsvermənin nəticələrinə görə indiki dövlət başçısı İlham Əliyevin liderlik etdiyini söyləyib. Seçkilərdə iştirak edən seçicilərin 84,73%-i (2 039 127 nəfər) ona səs verib.
İkinci yerdə 5,2% səslə (148 400 nəfər) Demokartik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli gedir.
“Umid” partiyasının prezidentliyə namizədi İqbal Ağazadə 2,32% (65 469 nəfər), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev 2,09% (58 972 nəfər), öz namizədliyini irəli sürən Zahid Oruc 1,48% (41 638 nəfər), Ədalət Partiyasının namizədi İlyas İsmayılov 1,10% (30 969 nəfər), Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə 0,88% (24 476 nəfər), Milli Dirçəliş Hərəkat Partiyasının namizədi Fərəc Quliyev 0,8% (24 410 nəfər), Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev 0,66% (18582 nəfər), Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu 0,63% (17 705 nəfər) səs toplayıb.
Bütünlüklə seçkilərdə 3 720 643 seçici və ya bütün seçici tərkibinin 72,31% iştirak edib.
M.Pənahovun dediklərinə görə, “nəinki seçkilərin tam nəticələrinə, hətta bir seçki məntəqəsində nəticələrə təsir edə biləcək qanun pozuntularına yol verilməyib”.
Xatırladaq ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bəyan edib ki, seçki prosesində qanunların pozulmasının miqyası seçkilərin legitimliyini şübhə altına alır.
Oktyabrın 10-da mətbuat konfransı keçirəcək C.Həsənli sonrakı addımlar barədə açıqlamalar verməyi nəzərdə tutur (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 206