Muəllif:

MSK Cəmil Həsənlinin namizədliyinin təsdiqlədi

MSK Milli Şuranın əlavə vahid namizədi Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsini bu gün təsdiqlədi. MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Cəmil Poladxan oğlu Həsənlinin prezidentliyə namizədliyinin təsdiq olunması üçün müraciət edilib. C. Həsənlinin namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

Sonra MSK açıq səsvermə yolu ilə C. Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 137