Muəllif:

Moskvanın “Sadovod” Ticarət Mərkəzində reyd: saxlanılanlar arasında bizim vətəndaşlar da var

Moskva şəhərinin ən böyük ticarət mərkəzlərindən biri olan Sadovodda Rusiya xüsusi təyinatlı polisi əməliyyat keçirib. Səhər saatlarında keçirilən əməliyyat zamanı xeyli sayda miqrant saxlanılıb. Moskva Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanılan miqrantlar arasında Azərbaycan vətəndaşları da var. Saxlanılan bütün miqrantlar yaxınlıqdakı polis bölmələrinə aparılıblar. Onların sənədləri və hər hansı cinayətdə iştirak edib-etmədikləri yoxlanılacaq. İdarədən o da bildirilib ki, OMONun keçirdiyi reyd paytaxt bazarlarının kriminaldan təmizlənməsi çərçivəsində həyata keçirilir.

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı xüsusi nümayəndəsi, polkovnik Eldar Səmədov isə APA-ya açıqlamasında deyib ki, OMONun keçirdiyi reyd Azərbaycan vətəndaşlarına qarşı yönəlməyib və bütün miqrantlar yoxlanılır: “Kimin sənədi qaydasında deyilsə, onun barəsində tədbir görülür. Miqrantların hansısa cinayətdə iştirak edib-etmədikləri də araşdırılır”.

Sadovod Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur. Bu ticarət mərkəzində xeyli sayda azərbaycanlı çalışır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147