Moskvanın kölə bazarı: quldarlar və kölələr arasında azərbaycanlılar da var
Moskvanın şərq səmtində 700 kölə tapılıb. Banda üzvləri arasında azərbaycanlılar da var. Mütəşəkkil banda üzvləri gizli tikiş sexində şalışan əcnəbilərlə — qadınlar, kişilər və çocuqlarla insan deyil, bir şəxsi mülkiyyət kimi, quldarcasına davranırlarmış. Polis bu məsələ ilə bağlı «kölə əməyindən istifadə» maddəsi ilə cinayət işi açıb.
Rusiya mediasına istinadən, kölə əməyindən istifadədə şübhəli bilinənlər İraq, Suriya, Vyetnam və Azərbaycandan olanlar şəxslər olub. Onların adları öncələr qeyri-leqal miqrasiyanın təşkilinə dair cinayət işindən keçirdi. Onlar davamlı və mütəşəkkil şəbəkə yaradıblarmış, aralarında sərt iyerarxiya və dəqiq rol bölgüsü varmış və 700 vyetnamlının qeyri-leqal yolla Rusiyaya gətirilməsini təşkil ediblərmiş.
Son günlər aparılan əməliyyatlaın gedişində Moskvanın Sovetsk küşəsində aşkarlanmış gizli tikiş sexlərindən birində Misir, Mərakeş, Suriya, Qırğızıstan. Azərbaycan və Özbəkistan vətəndaşlarından ibarət daha 200 kölə tapılmışdı.
Bu kimi fəlakət qurbanları üşün Miskva yaxınlığında ayrıca çadır şəhərciyi yaradılıb.