Moskvanı qana bələyən erməni komadan ayılıb
Moskvanı qana bələyən və matəmə boğan Ermənistan vətəndaşı komadan ayılıb. Müstəntiqlər dərhal onun başının üstünü kəsdiriblər. Onu ilkin olaraq 48 saatlığa həbs edəcəklər.
Bu 45 yaşlı Ermənistan vətəndaşı Moskva vilayətində 18 adamın ölümünə səbəb olan qəza törədib. Qəzanını baiskarının KamAZ markalı yük maşınının erməni sürücüsünün olduğu müəyyən edilib. O, ikinci dərəcəli yoldan əsas yola yol hərəkəti qaydalarını pozaraq çıxıb və sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtobus iki yerə parçalanıb, KamAZ-dakı çınqıl sərnişinləri basıb, 18 nəfər ölüb, 61 adam yaralanıb. İyulun 16-da Moskvada matəm elan edilib.
Yük maşınının sürücüsü (onun adı deyilmir) dəyən zərbədən pəncərədən yerə çırpılıb və komaya düşüb. Onun vəziyyəti ağır olub, lakin Botkin xəstəxanasıında həkimlər onun vəziyyətini sabitləşdirə bilmişlər.

