Muəllif:

Moskva” univermağında elektroşokla pul tələbi

Moskva” univermağında elektroşokla pul tələb edənlərin yaxası ələ keçib.İyulun 24-də Nəsimi rayonu ərazisindəki «Moskva” univermağının həyətində univermağın təsərrüfat şöbəsinin müdiri Yavər Ələkbərovun xidməti otağına gələn Bakı şəhər sakinləri Adil Abbasov və əvvəllər məhkum olunmuş Taleh Nağıyev onu döyərək özləri ilə gətirdikləri elektroşokla işgəncə verib pul tələb ediblər, ağzını dəsmal və yapışqanlı lentlə bağlamağa cəhd göstərərkən Y.Ələkbərov qışqıraraq kömək istəyib. Səsə-küyə həmin ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları gəliblər. Onlar A.Abbasov və T.Nağıyevi tutublar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, onlardan içərisində elektroşok, ling, cib bıçağı, yapışqanlı lent, cib dəsmalı, 2 ədəd qara eynək və ayaqqabı qutusu olan idman çantası ğötürülüb və sonrakı araşdırmaların aparılması üçün Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə təhvil verilib.
T.Nağıyevin və A.Abbasovun üzərinə baxış zamanı müvafiq olaraq 19,008 qram və 14,003 qram həşiş də aşkar edilərək götürülüb

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 239