Moskva polisi “Sadovod” bazarına basqın etdi: saxlanan 1000 nəfər arasında azərbaycanlılar da var
Rusiya paytaxtının cənub-şərqində yerləşən “Sadovod” bazarında kütləvi həbslər başlayıb.
Bu gün səhər saatlarında 400 nəfərə yaxın xüsusi təyinatlı polis dəstəsi — OMON bazara basqın edib.Bazar rəhbərliyi jurnalistlərə açıqlamasında artıq bazarın işləmədiyini, ərazinin bağlandığını bildirib. 1000 nəfərdən çox şəxs saxlanılıb. Onların hamısı avtobuslarla polis bölmələrinə aparılıb.
“Sadovod” bazarında azərbaycanlılar da çalışır. Saxlanılanlar arasında da azərbaycanlılar var.
Qeyd edək ki, Moskva polisi iyulun 27-də “Matveevski” bazarında 15 yaşlı qızı zorlamaqda şübhəli bilinən dağıstanlı Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfərin hücumuna məruz qalıb. Nəticədə bir polis əməkdaşı başından ağır yaralanıb. Bu hadisədən sonra daxili işlər nazirinin əmri ilə bütün paytaxt bazarlarında miqrantlara qarşı “təmizləmə” əməliyyatı başlanılıb. Nəticədə 2000 nəfərdən çox miqrant saxlanılıb. Hətta onlar üçün Moskvanın şərqində yerləşən Qolyanovo rayonunda çadır şəhərciyi də salınıb (APA).